media-d7dfccd6-fb74-4d27-8635-bb1eeaaadde7

Fransada bir neçə həbsxanaya yönələn silahlı hücumlar ədliyyə naziri Gerald Darmanin tərəfindən “terror aktı” kimi qiymətləndirib.

Patrulaz.az “BBC NEWS”a istinadən xəbər verir ki, aprelin 14-də Tulon, Marsel, Nimes, Parisə yaxın Villepinte və Nanter kimi Fransa şəhərlərində yeddi həbsxana hədəf alınıb. Tulonda isə Kalaşnikov avtomatı ilə atəş açılıb.

Fransa rəsmisi hadisələrin narkotiklə mübarizəyə cavab olduğunu bildirib: “Bu, terror hücumudur. Biz cinayətkarlara boyun əyməyəcəyik”.

Hücumlar nəticəsində həbsxana ərazisindəki avtomobillər yandırılıb, personal maşınları zədələnib, həbsxana işçilərinin evlərinə hücum cəhdləri qeydə alınıb.

Qeyd edək ki, məsuliyyəti hələlik heç bir qrup üzərinə götürməyib. Hücum yerlərində “Fransız məhbusların hüquqları” mənasını verən “DDPF” yazısı və anarxist şüarlar aşkar edilib. Hökumət isə həbsxanalarda təhlükəsizlik tədbirlərini gücləndirdiyini açıqlayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər