media-023d03e1-7b1f-4f07-8f1c-cb9f86a7df6e

Fransada tələbələrin nümayişi polis və etirazçı ilə toqquşmalara səbəb olub.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransada ali təhsil üçün maliyyənin yaxşılaşdırılması tələbi ilə tələbələr tərəfindən təşkil edilən nümayiş polis ilə etirazçılar arasında gərginliyə yol açıb. Fransa polisi nümayişi dağıtmaq üçün gözyaşardıcı qaz istifadə edib.

Etirazçılar təhsil sektorunda büdcə kəsintilərinin qarşısını almağı və tələbələrə daha yaxşı maliyyə dəstəyi verilməsini tələb ediblər.

Qeyd edək ki, nümayişlər son günlər Fransada təhsil sisteminə dair artan narazılığı və hökumət siyasətinə qarşı geniş etirazları əks etdirir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər