Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid inşa ediləcək
Füzuli şəhərində Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək.
Patrulaz.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilən yüksək səviyyəli görüşün yekunlarına dair bəyanatında bildirib.
Dövlət başçısı qeyd edib ki, Türkmənistanın sabiq Prezidenti Qurbanqulu Berdiməhəmmədov Füzulidə məscid inşası ilə bağlı təklif irəli sürüb və bu təşəbbüs qəbul olunub:
“Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri də hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaq”.






