media-img_8831

Dominikan Respublikasında əyləncə məkanının damının uçması nəticəsində ölənlərin sayı 218 nəfərə çatıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Dominikan Respublikasının Karib hövzəsi ölkəsi Santo Dominqoda “Jet Set” adlı əyləncə məkanında baş verən hadisə ilə bağlı yeni məlumatlar paylaşılıb.

Əyləncə məkanında ölənlərin sayının 218-ə yüksəldiyi açıqlanıb. Axtarış-xilasetmə işləri hələ yekunlaşmasa da, qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Bildirilib ki, həyatını itirənlər arasında qəza zamanı səhnədə mahnı oxuyan sənətçi Rubby Perez və keçmiş Amerika Böyük Beysbol Liqasının (MLB) oyunçusu Octavio Dotel də var.

Dominikan Respublikasının Prezidenti Luis Abinader fəlakətdən sonra üç günlük matəm elan edib.


Bənzər xəbərlər