media-img-20251204-wa0032

İnsanların iş rejimləri fərqlidir: bəziləri gündüz, bəziləri gecə çalışır, bir qismi isə dəyişkən növbələrdə işləməli olur. Belə hallarda xüsusilə süni işıq altında uzun müddət fəaliyyət göstərmək bədənin hormonal balansına müəyyən təsirlər göstərə bilər.

Bəs gecə-gündüz növbəsində süni işıq altında işləmək hansı hormonal fəsadlara səbəb ola bilər?

Bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla Patrul.az-a açıqlamasında bildirib ki, tez-tez dəyişən gündüz–gecə növbələri sinir sisteminə mənfi təsir göstərir:

“İnsanlarda bioritmlər var. Bu bioritmlər adətən gündüz vaxtı fəallaşır, gecə vaxtı isə yuxu rejimində olur. İnsanların müxtəlif iş rejimləri mövcuddur. Əgər iş rejimi gecə növbəsidirsə və bu davamlıdırsa, insanlar buna adaptasiya olurlar. Lakin iş rejimi davamlı deyilsə, yəni bəzən gündüz, bəzən gecə işləmək tələb olunursa, bu, sinir sisteminə təsir edir, yorğunluq yaradır, sinir sisteminin oyanıqlığını artırır və bəzən yuxunu poza bilir”.

media-img-20251204-wa0034

Həkimin sözlərinə görə, insan bioritmləri iş rejiminə uyğunlaşır və gecə-gündüz növbələri dəyişdikdə bu ritmlər də ona uyğun tənzimlənir:

“Ümumilikdə isə insanın adaptasiya imkanları yüksəkdir. Müəyyən bir iş rejiminə alışdıqda fərqi yoxdur: günəş işığı altında və ya süni işıq altında çalışmaq çox təsir etmir. Əslində biz gündüz də süni işıq altında işləyirik, məsələn, ofis otaqlarında. Düzdür, çöldə birbaşa təbii işıq altında çalışanlarda var. Bununla bağlı əsas məsələ təkcə işığın olub-olmaması deyil, həm də iş rejiminin,gecə və gündüz növbələrinin olmasıdır. Gecə növbəsində işləyən insanların bioritmləri dəyişir və uyğunlaşır: onlar gündüz yatmağa və gecə işləməyə meyilli olurlar. Beyində isə oyanma və tormozlama prosesləri də öz növbəliyinə uyğun dəyişir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər