media-img_3178

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı toy karvanında avtoxuliqanlıq edərək ictimai qaydanı nümayişkaranə şəkildə pozan, yol hərəkəti iştirakçılarına real təhlükə yaradan BMW markalı avtomobilin sürücüsü M.Məmmədov saxlanılıb.

Patrul.az xəbər verir ki, məhkəmənin qərarı ilə o, bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati qaydada həbs olunub.

Bununla yanaşı, polis əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri zamanı qanunla qadağan olunmuş səs və işıq cihazlarından istifadə edən, görməni məhdudlaşdıran vasitələr quraşdıran, dövlət qeydiyyat nişanı olmayan və digər qayda pozuntularına yol verən sürücülər də müəyyən olunublar. Onların barəsində də qanunvericiliyə uyğun tədbirlər görülüb.
Profilaktik tədbirlər davam etdirilir.


Bənzər xəbərlər