Gəncədə üç avtomobil toqquşdu: yaralı var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Patrul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai”, “Opel” və “VAZ 2104” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 1990-cı il təvəllüdlü Seymur İsmayılov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.







