media-abebde61-cf84-4dc8-9b53-a4b614d2bf4d

HƏMAS-ın silahlı qanadının sözçüsü Əbu Obeyda bildirib ki, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar orada saxlanılan israilli girovların təhlükəsizliyini ciddi şəkildə riskə atır.

Patrulaz.az “NDTV”yə istinadən verilən məlumata görə, Əbu Obeyda cümə günü verdiyi açıqlamada qeyd edib ki, “Yaşayan israillilərin (girovların) yarısı İsrail işğal ordusunun son günlər boşaldılmasını tələb etdiyi ərazilərdədir. Biz onları köçürməmək qərarına gəldik… lakin bu vəziyyət onların həyatı üçün çox təhlükəlidir”.

Xatırladaq ki, İsrail ordusu son günlərdə Qəzzanın bir sıra bölgələrinə yeni əməliyyatlara başlayıb və mülki əhalidən həmin əraziləri tərk etməyi tələb edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər