media-inshot_20260505_105945042

Goranboy rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Patrul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rəhimli kəndində “Ford” markalı avtomobillə mikroavtobus toqquşub. Zərbənin təsirindən mikroavtobus yolun hərəkət hissəsində aşıb.

Nəticədə, mikroavtobusda olan 40 yaşlı X.Cəfərova, 44 yaşlı S.Quluyeva, 51 yaşlı Ş.Abdullayeva, 64 yaşlı N.Mustafayeva, 54 yaşlı Z.Məmmədova, 37 yaşlı A.Şirinova və 53 yaşlı Y.Məmmədova xəsarət alıb.

Onlar əkin sahəsində çalışan fəhlələr olub.

Araşdırma aparılır.

media-screenshot_1 media-screenshot_3 media-screenshot_4


Bənzər xəbərlər