Göyçayda sürücülər arasında gərginlik: hədə-qorxu və təhlükəli manevrlər iddiası - VİDEO
Patrul.az redaksiyasına müraciət edən sürücü Ceyhun Həmidov bildirib ki, 26 mart 2026-cı il saat 13:30 radələrində Göyçay rayonu Kürd kəndi ərazisində hərəkətdə olarkən təhlükəli vəziyyətlə üzləşib.
İddialara görə, 10-BC-018 dövlət qeydiyyat nişanlı “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü Qurbanov Fəqan Rasim oğluna məxsus avtomobil digər sürücü Ceyhun Həmidovun hərəkət istiqamətini kəsərək ona hədə-qorxu gəlib. Bildirilir ki, Ceyhun Həmidov ötmə əməliyyatı edərək ərazidən uzaqlaşmağa çalışsa da, Fəqan Qurbanov onu ötərək qarşı tərəfdə yenidən bir neçə dəfə qəza şəraiti yaradıb.
Sürücü sonradan yenidən ötmə əməliyyatı edərək təhlükəli vəziyyətdən uzaqlaşmağa nail olub.
Ümid edirik ki, aidiyyəti qurumlar məsələni araşdıraraq hüquqi qiymət verəcəklər.






