Günəşdə güclü partlayış: Alimlər yeni hadisələr gözləyir
Fevralın 1-də Günəşdə X səviyyəli partlayış qeydə alınıb.
Patrul.az “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Alışmanın pik həddi Bakı vaxtı ilə saat 16:33-ə təsadüf edib.
“Günəşdə ən yüksək sinifli partlayış baş verib. Ölçülən səviyyə X1.04-dür”, – deyə məlumatda bildirilir.
Alimlər yaxın vaxtlarda yeni iri hadisələrin baş vermə ehtimalının yüksək olduğunu bildiriblər.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.






