Günəşdən gələn təhlükə: “Diqqətli olun! Maqnit qasırğası yaxınlaşır…”
2025-ci ilin aprel ayı üçün Günəş fəallığı və fırtına proqnozu açıqlanıb.
Patrulaz.az xəbər verir ki, Meteoagent-nin məlumatına görə, 2025-ci ilin aprel ayında Günəşdə alovlanmaların və geomaqnit fırtınalarının baş verməsi ehtimalı yüksəkdir. Alimlər bu fəaliyyətin Yerə təsirlərini öncədən müəyyən etmək üçün peyk sistemləri və elmi laboratoriyaların müşahidələrindən istifadə edirlər.
Məlumata əsasən, Günəşdə baş verən bu alovlanmalar, yəni Günəş alovları yüksək enerji ilə müşayiət olunan kütləvi partlayışlardır. Bu partlayışlar zamanı kosmosa atılan proton və elektronlar Yerə çataraq atmosfer və maqnit sahəsi ilə qarşılıqlı təsirə girir. Nəticədə auroralar, radio rabitəsində fasilələr, peyklərin fəaliyyətində pozuntular və elektrik şəbəkələrində nasazlıqlar baş verə bilər.
Xatırladaq ki, Günəş fırtınalarının və alovlarının proqnozları ABŞ-nin NOAA təşkilatı, Rusiyanın TESIS sistemi və beynəlxalq meteoroloji laboratoriyalar tərəfindən real vaxtda izlənilir.
Qeyd edək ki, bu məlumatlar onlayn şəkildə hər 10 dəqiqədən bir yenilənir və Günəş fəallığının təsirlərinə qarşı vaxtında xəbərdarlıqlar edilir.
Gülbəniz Səfərova