Haalandın zədəsi City-yə baha başa gələ bilər!
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland ağır zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Patrulaz.az “Sky Sports”a istinadən xəbər verir ki, FA Kubokunun 1/4 finalında “Bornmut”a qarşı keçirilən oyunda topuq nahiyəsindən zədələnən norveçli futbolçu yeddi həftə meydana çıxmayacaq.
Bu barədə baş məşqçi Pep Qvardiola məlumat verib.
Oyun zamanı Haaland 61-ci dəqiqədə bərabərlik qolunu vurduqdan sonra əvəzlənib.
“Onlar mənə dedilər ki, həkimlər beş ilə yeddi həftə arasında proqnoz verirlər. Ona görə də ümid edirəm ki, mövsümün sonunda və Klublararası Dünya Çempionatına qədər o, hazır olacaq,” – deyə Qvardiola bildirib.
Xatırladaq ki, FA Kuboku bu mövsüm “Mançester Siti” üçün yeganə titul qazanmaq şansıdır.
Qeyd edək ki, Haaland oyundan sonra qoltuqağacı və sol topuğunu qoruyucu çəkmə ilə stadionu tərk edib. Klub futbolçunun zədəsinin dəqiqləşdirilməsi üçün mütəxəssislə görüşəcəyini açıqlayıb.
Gülbəniz Səfərova