media-80e994a0-58cf-4fb2-b69f-66bb516ba3d1

Los-Anceles sakini olan bir qadın iki həftəlik səfərdən evə qayıtdıqdan sonra kosmetik vasitələrində qəribə izlər aşkar edib. Bahalı nəmləndirici kremində barmaq izləri və çirk müşahidə olunub, bədən kremindən isə onun yoxluğunda istifadə olunduğu aydın şəkildə görünüb.

Patrulaz.az “Cursorinfo”ya istinadən xəbər verir ki, bu barədə Alexa adlı qadın “Unbothered” adlı podkastda danışıb.

Onun sözlərinə görə, evinə girən kimi şübhələnməyə başlayıb — sevimli ətirləri əvvəl qoyduğu yerdə deyildi, üstəlik, açılmamış bağlamaların yeri də dəyişmişdi. “Hər şey elə görünürdü ki, sanki evim kiminsə burada həddindən artıq rahat hiss etdiyi bir mühitə çevrilmişdi və bu şəxs aydın şəkildə bir qadın idi,” – deyə Alexa bildirib.

Şübhələri daha da gücləndirən isə sevgilisindən evdəki müşahidə kameraları ilə bağlı sual verdikdə onun mövzudan yayınmağa başlaması olub. Bu, Alexanın ən pis ehtimallarını təsdiqləyib.

“Cavab lazım idi. Sadəcə bilmək istəyirdim. Gecənin bir yarısı oyandım və kimsə sanki mənə deyirdi ki, get, kameraların görüntüsünə bax’. Parolu ilk cəhddə tapdım – ad günüm idi. Mən evdə olmadığım iki həftə boyunca, hər axşam saat 21:00-da mənə bənzəyən bir qadın gəlirmiş,” – deyə o danışıb.

Alexa, dostu ilə birlikdə kamera qeydlərinə baxdıqdan sonra həmin naməlum qadının kimliyini müəyyənləşdiriblər. Onun sosial media hesabını tapdıqda isə daha da təəccübləniblər. Çünki Alexa’nın sevgilisi bu qadını aktiv şəkildə izləyirmiş. Bu da bardağı daşıran son damla olub.

Mənəvi qələbəsini qeyd etmək üçün Alexa möhtəşəm bir ifşa planı qurub: kamera görüntülərindən ekran şəkilləri çıxarıb və onları evin hər yerinə yapışdırıb – kitabların arasına, elektronik əşyaların üstünə, gizli künclərə. O deyib ki, bu şəkildə görüntüləri sevgilisinin anasına, dostlarına və hətta ev işlərini görən qadına göstərmək istəyib.

Daha sonra Alexa əşyalarını toplayıb və evi tərk edib.

Hadisədən bir neçə ay sonra başqa bir qadın onunla əlaqə qurmağa çalışsa da, Alexa artıq bu vəziyyəti keçmişdə qoyduğunu bildirib və söhbəti davam etdirməyib.

Ləman Sərraf


Bənzər xəbərlər