Həkim 15 xəstəni öldürməkdə ittiham olunur
Həkim 15 xəstəni öldürməkdə təqsirli bilinir.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Almaniyanın paytaxtı Berlində avqust ayından bəri həbsdə olan və nəzarəti altında olan xəstələrə ölümcül dozalarda müxtəlif dərmanlar verdiyindən şübhələnilən 40 yaşlı həkim, istintaq nəticəsində prokurorlar tərəfindən 15 ayrı qətldə ittiham olunub.
Prokurorluğun yaydığı açıqlamada bildirilir ki, həkim xəstələrə onların xəbəri və razılığı olmadan anesteziya və əzələ boşaldıcı dərmanlar verib.
Həmçinin onun xəstələrin yaşadığı mənzilləri qəsdən yandıraraq izləri ört-basdır etməyə çalışdığı qeyd edilib. Müstəntiqlərdən ibarət xüsusi istintaq qrupunun xəstə qeydlərini araşdırdığı və bu cinayətlərin sayının arta biləcəyi də vurğulanır.
Həkimin özünə qarşı irəli sürülən ittihamları qəbul etmədiyi bildirilir. Onun üçün “ömürlük həkimlikdən məhrumetmə” cəzası da tələb olunur.
Ləman Sərraf