Həyat yoldaşını döyərək öldürdü
Mersində kişi dini nikahlı həyat yoldaşını döyərək öldürüb.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Mersində 33 yaşlı Ziya Ecer dini nikahla birlikdə yaşadığı, 3 uşaq anası Pınar Bayrakı döyərək öldürüb. Hadisə avqustun 3-də Yenişehir rayonunda baş verib.
Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, həyatını itirib. Hadisəni törədən şəxs isə yanında olan 4 nəfərlə birlikdə saxlanılıb. Onlardan yalnız həyat yoldaşı Ziya Ecer həbs edilib, digərləri məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.
Onun polisə ifadəsi belə olub: “Arvadımı öldürmək niyyətində deyildim və bunu da etmədim. Mersinə yeni həyata başlamaq üçün gəldik. Çox əziyyət çəkdim. O, məni qısqanırdı. Ona görə də bütün ailəmi qarşıma aldım. Heç vaxt şiddət tərəfdarı həyat yoldaşı olmamışam”.
Qeyd edək ki, cütlüyün rəsmi nikahı olmayıb və onların üç övladı var idi.
Gülbəniz Səfərova