media-47b46b1a-ced5-493b-b9bb-45a054ca20be

Paytaxtın Heydər Əliyev prospektində hərəkət zamanı işıq dirəyinin bir hissəsi qırılaraq qəfil yola düşüb. Bu səbəbdən hərəkətdə olan avtomobillər üçün təhlükəli vəziyyət yaranıb.

Patrul.az xəbər verir ki, hadisə zamanı bir avtomobilin sürücüsü mümkün qəzanın qarşısını almaq üçün nəqliyyat vasitəsini anidən saxlamaq məcburiyyətində qalıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Fakt yolda hərəkətin təhlükəsizliyi ilə bağlı narahatlıq doğurub.

Təhlükəli anların görüntüsünü təqdim edirik:


Bənzər xəbərlər