media-inshot_20251006_164414380

Son günlərdə heyvanlar arasında dabaq xəstəliyi sürətlə yayılır. Bu xəstəlik daha çox mal-qarada, qoyun və inəklərdə müşahidə olunur və heyvanların sağlamlığına ciddi təsir göstərə bilər.

Bəs dabaq xəstəliyi insanlara da keçə bilərmi və hansı riskləri daşıyır?

Bu barədə baytar Dr.Cansu Məmmədova Patrulaz.az-a açıqlamasında bildirib ki, bu xəstəlik təmas halında insanlara keçə bilər:

media-inshot_20251006_181202072

“Bəli zoonoz xəstəlik olduğu üçün keçə bilər. Əsasən təmas halında insanlara keçir. İri və xırdabuynuzlu heyvanlarda baş verən infeksion xəstəlikdər. Əsasən dəridə və bədənin selikli qişasında(ağız, burun) yaralarla özünü göstərir. Təsərüffatla məşğul ola insanlara süd sağımı və ya sadəcə təmas halında keçə bilər. Zoonoz xəstəlikdir, virus mənşəlidir. Əgər təsərrüfatda belə heyvanla rastlaşma olarsa mütləq baytar həkiminə bildirmək lazımdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər