Hindistanda fişəng fabrikindəki faciə 17 can aldı
Hindistanın Qucarat ştatında fişəng fabrikində baş verən güclü partlayış faciəyə səbəb olub.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər həyatını itirib. Partlayışın ardınca başlayan güclü yanğın fabrikin bir hissəsini dağıdıb.
Yerli rəsmilər bildiriblər ki, xilasedicilər dağıntılar altında qalanları çıxarmağa çalışır.
Qeyd edək ki, oxşar hadisə ötən il də baş vermiş, fişəng fabrikindəki partlayış nəticəsində onlarla insan həyatını itirmişdi.
Gülbəniz Səfərova