Hindistanda ildırım çaxması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb
Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayının 22-yə yüksəldiyi açıqlanıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində ölənlərin sayı 22-yə çatıb. Səlahiyyətlilər sakinlərə xəbərdarlıq edib ki, pis hava şəraitindən ehtiyatlı olsunlar və təbii fəlakətlə mübarizə bölməsinin göstərişlərinə əməl etsinlər.