media-inshot_20260213_182353448

Xəbər verdiyimiz kimi, Abşeron rayonu ərazisində, Hökməli dairəsinin yaxınlığında, Sulutəpə qəsəbəsinin “Çiçək” adlanan hissəsinin girişində yolun bir hissəsinin çökməsi sürücülər üçün ciddi təhlükə yaradıb.

Patrul.az nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən və hər an qəza riskinə səbəb olan çuxurla bağlı tədbir görülməsi məqsədilə Azərbaycan Dövlət Yerüstü Nəqliyyat Agentliyinə (AAYDA) sorğu ünvanlayıb.

Sorğumuza operativ cavab verən qurumun Mətbuat Xidmətinin əməkdaşı Anar Nəcəfli bildirib ki, sözügedən ərazidəki çuxur yaxın günlərdə tam bərpa olunacaq:

“Çuxur doldurulub, yaxın günlərdə isə asfaltlanma işləri aparılacaq”.

Qeyd edək ki, həmin çuxurun yaratdığı təhlükə nəticəsində hərəkətdə olan avtomobillərdən birinin də oraya düşdüyü bildirilmişdi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər