media-inshot_20260217_122741227

“İdrak” liseyində fevralın 6-da şagirdin yaraladığı müəllimə evə buraxılıb.

Patrul.az xəbər verir ki, bu barədə “Oxu.Az”a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu “İdrak” liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) 16.02.2026-ci il tarixdə ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.


Bənzər xəbərlər