İfrat sağçı AfD Almaniyanın son sorğusunda lider partiya olub
Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının ilk dəfə sorğuda birinci yeri tutduğu bildirilir.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, növbədənkənar ümumi seçkilərdə 28,6 faizlə birinci olan Xristian İttifaqı (CDU/CSU) partiyaları sorğuda yüzdə 24 ilə ikinci olub. Bu, AfD-nin rəy sorğusunda birinci yerə çıxması ilk dəfə oldu.
CDU/CSU-nun koalisiya hökuməti qurmaq üçün razılaşdığı Sosial Demokrat Partiyasının (SPD) səs payı 15 faizə düşüb. Seçkilərdə 16,4 faiz səs toplayan SPD-nin də səs nisbəti 1,4 bal azalıb.
Ümumi seçkilərdə 11,6 faiz səs alan Yaşılların səsi 11 faizə düşüb, Sol Partiyanın səs nisbəti 2,2 bal artaraq 11 faizə yüksəlib.
AfD həmsədri Alice Weidel sosial media platforması “X”də sorğu nəticələrinə istinadən AfD-nin qısa tarixində ilk dəfə Almaniyanın ən güclü siyasi partiyası olduğunu ifadə edərək, göstərilən böyük etimada görə təşəkkür edib.