İkinci Yer tapıldı? - NASA yeni planet kəşf etdi
NASA tədqiqatçıları Yerə bənzər yeni bir planet kəşf ediblər.
Patrul.az xəbər verir ki, astronomlar Kepler Kosmik Teleskopunun məlumatlarını təhlil edərək “HD 137010 b” adlı planetin Yerlə diqqətçəkən oxşar cəhətini müəyyən ediblər.
Belə ki, bu planetin orbitinin uzunluğu Yer kürəsi kimi təxminən 1 ildir. Planet həmçinin 146 işıq ili uzaqlıqda, Günəşə bənzər bir ulduzun ətrafında fırlanır.
Lakin planetin Yerdən əsas fərqi Günəşdən uzaqda yerləşdiyi üçün ondan aldığı enerjinin təxminən üçdə birini alır. Bu səbəbdən səth temperaturu təxminən – 68 dərəcə Selsi ətrafında dəyişir və nəticədə planet Marsdan da soyuqdur.
Alimlər bildirirlər ki, planetin soyuq olmasına baxmayaraq, yaşamaq ehtimalı tam istisna deyil. Əgər atmosferində sıx karbon qazı olsaydı, istiliyi saxlayaraq maye su yarada bilərdi.
Qeyd edək ki, tədqiqatçılar hesab edirlər ki, bu “Soyuq Yer” planetinin yaşayış zonasında olma ehtimalı 40–51% arasındadır.






