İlham Əliyev: "Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq"
“Azərbaycan yeni bir dövrə qədəm qoyub”.
Patrulaz.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.
Dövlət başçısı çıxışında müharibədəki qələbəni, ədalətin bərqərar olunmasını və suverenliyin məhkəmləndiyini xatırladıb:
“Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”.






