İlham Əliyev: "Minsk qrupunun ləğv edilməsi ilə bağlı birgə müraciət sülh prosesində mühüm addımdır"
- Vaşinqtonda əldə olunan nəticələr tarixi əhəmiyyət kəsb edir.
Patrulaz.az “APA”ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbulu zamanı deyib.
Dövlət başçısı bu prosesdə Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Vaşinqton bəyannaməsi, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistanın birgə müraciəti sülh prosesində atılan mühüm addımlardır.






