media-inshot_20260509_131447543

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür.

Patrul.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.

Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə anıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramlarını ifadə edərək məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

media-17783129944316239091_1200x630_1778313233 media-177831299496091054_1200x630_1778313233 media-17783129941175958943_1200x630_1778313233 media-17783129944363344657_1200x630_1778313233 media-177831299458334379_1200x630_1778313233 media-17783129941655443340_1200x630_1778313233 media-17783129946461440881_1200x630_1778313233 media-1778312994200146630_1200x630_1778313233
media-1778312994184506979_1200x630_1778313233


Bənzər xəbərlər