media-inshot_20260420_190706399

İmişli rayonunda bir nəfəri elektrik cərəyanı vurması ilə nəticələnən hadisə baş verib.

Patrul.az xəbər verir ki, İmişli şəhər sakini 1967-ci il təvəllüdlü Cavadov Mehman Novruz oğlu yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon Şöbəsi üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (Qafqaz.info)


Bənzər xəbərlər