media-img_8530

İndoneziyanın Şərqi Yava adasında baş verən sürüşmə nəticəsində 10 nəfərin həyatını itirdiyi bildirilib.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, İndoneziya Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Nananq Sigit açıqlamasında torpaq sürüşməsinin baş verdiyini və iki avtomobil dərəyə aşdığını bildirib: “Bir avtomobil təxminən 75 metr, digəri isə 50 metr dərinlikdə tapılıb. Hər iki maşın təxminən üç metr torpağın altında qalıb”- deyə, qeyd edilib.

10 nəfərin cəsədi xilasetmə qrupları tərəfindən çıxarılaraq Batu şəhəri və yaxınlıqdakı xəstəxanalara aparılıb.


Bənzər xəbərlər