media-inshot_20251027_132928455

Son dövrlərdə sosial şəbəkələrdə paylaşımların şərh bölməsində təhqiramiz və böhtan xarakterli yazıların artdığı müşahidə olunur. Belə halların əksəriyyəti saxta profillər və anonim hesablar vasitəsilə həyata keçirilir. Xüsusilə də bu cür hallar “TikTok” platformasında daha çox qeydə alınır.

Bəs mövcud qanunvericilik bu kimi vəziyyətləri necə tənzimləyir və sosial mediada etik davranışın qorunması üçün hansı tədbirlər görülür?

Bu barədə vəkil Anar Qasımlı Patrulaz.az-a açıqlamasında bildirib ki,  internetdə saxta adlarla insanlara böhtan atmaq və onları təhqir etmək məsuliyyət və cəza yaradır:

“Bu mövzu çox aktualdır və hərkəsi narahat edir. Təəssüf ki, internet informasiya resurslarında saxta adlardan istifadə etməklə insanların təhqir olunması, onlara böhtan atılması və şərəf-ləyəqətinin alçaldılması hallarına geniş rast gəlinir. Bununla bağlı 2016-cı ildə Cinayət Məcəlləsinə 148-1-ci maddə əlavə olunub. Həmin maddə məhz internet informasiya resurslarında saxta adlar altında şəxslərin şərəf və ləyaqətinin təhqir edilməsinə və onlara böhtan atılmasına görə məsuliyyət müəyyən edir və bu hallar üçün müxtəlif cəzalar, o cümlədən 1 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur”.

media-anar4-728x440

Vəkil vurğulayır ki, bu cür cinayətlərin aşkara çıxarılması hüquq-mühafizə orqanlarından yüksək peşəkarlıq tələb edir:

“Təbii ki, bu cür cinayətlərin üstünün açılması hüquq-mühafizə orqanlarından yüksək peşəkarlıq tələb edir. Məhz hüquq-mühafizə orqanlarının savadlı kadrları sayəsində belə cinayətlərin üstünü açmaq mümkündür”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər