media-inshot_20260305_140630396

Xəbər verdiyimiz kimi, martın 5-də İran Naxçıvana bir neçə dronla zərbələr həyata keçirib.

Patrul.az xəbər verir ki, İrandan buraxılan dronlardan biri aeroportun ərazisinə, digəri isə Babək rayonunun Şəkərabad kənd tam orta məktəbinin yaxınlığına düşərək partlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Hazırda PUA-nın qalıqları məktəbin yaxınlığından götürülür.

Qeyd edək ki, hücum nəticəsində iki mülki şəxs xəsarət alıb.

Hadisəylə əlaqədar İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb.


Bənzər xəbərlər