media-img_8839

İranın Əlborz əyalətində keçirilən Lalə festivalında 150 mindən çox lalə çiçəyi sərgilənib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın paytaxtı Tehranın 35 kilometrliyində yerləşən Əlburz vilayətinin bir hissəsi olan Kərəcdə bu il 11-ci dəfə keçirilən festival Şəhid Çamran parkında “Gül bağı” adlanan ərazidə qonaqlarını qarşılayıb.

Hər növ lalələrin geniş çeşiddə sərgiləndiyi festivala bitkisevərlərin böyük maraq göstərdiyi vurğulanıb. Təxminən bir həftə davam edən və 150 ​​mindən çox lalə çiçəyinin nümayiş olunduğu festivalı müxtəlif şəhərlərdən minlərlə iranlı ziyarət etmək imkanı qazanıb.


Bənzər xəbərlər