media-inshot_20260331_161808060

İranda məmurlar telefonlardan istifadə etməkdən, o cümlədən üzbəüz görüşlərdən çəkinirlər.

Patrul.az “New York Times”a istinadən xəbər verir ki, buna səbəb İranla müharibənin davam etdiyi bir vaxtda ABŞ və İsrail tərəfindən fars əsilli vəzifəli şəxslərin yerlərinin asanlıqla müəyyən edilərək hədəfə alınmasıdır.

Bu səbəbdən İranda sağ qalan liderlərin panikaya düşdüyü iddia olunur. Nəticədə bu vəziyyət onların strateji qərar qəbuletmə prosesini zəiflədib.

Həmçinin İranda Müctəba Xameneinin yaralanması səbəbindən qərarların generallar tərəfindən qəbul edildiyi bildirilir.

Xatırladaq ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei 28 fevral 2026-cı ildə İsrailin hava zərbələri nəticəsində həlak olub və bununla da onun 36 illik hakimiyyəti başa çatıb.

Daha sonra ABŞ və İsrailin hücumları nəticəsində Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, kəşfiyyat və milli təhlükəsizlik naziri İsmayıl Xatib, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur, Quru Qoşunlarının briqada generalı Məhəmməd Kərəmi, Bəsic qüvvələrinin komandanı Qulamrza Süleymani, İİKK-nın rəsmi nümayəndəsi və sözçüsü Əli-Məhəmməd Naeini, Bəsic təşkilatının kəşfiyyat üzrə müavini İsmayıl Əhmədi, Təbii Resurslar Təşkilatının Mühafizə Bölməsinin rəhbəri Məcid Zəkəriyyə, Kəşfiyyat Nazirliyinin yüksək rütbəli komandiri Mehdi Rüstəmi Şomastan həlak olublar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər