media-inshot_20260301_135750413

İrandan beş Tacikistan vətəndaşı “Astara” sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə edilib.

Patrul.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.

Onlar İrana müalicəyə getsələr də, mövcud vəziyyətlə əlaqədar olaraq geri qayıtmaq məcburiyyətində qalıblar.

Bundan başqa, Səudiyyə Ərəbistanının 18 nəfərlik diplomatik nümayəndə heyəti də “Astara” sərhəd-keçid məntəqəsindən təxliyə olunub.

İrandan, həmçinin üç Banqladeş, üç Qətər və bir Pakistan vətəndaşı Azərbaycana təxliyə edilib.

Qeyd edək ki, daha əvvəl 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı ölkəmizə təxliyyə olunub.

media-img_5976 media-img_5977 media-img_5978 media-img_5979


Bənzər xəbərlər