İranın hücumundan sonra Azərbaycana dəstək verənlərə təşəkkür edildi
Azərbaycan Xarici İşlər Nazirliyi İranın Naxçıvana dron hücumundan sonra Azərbaycana həmrəylik göstərən ölkələrə və təşkilatlara təşəkkür edib.
Patrul.az xəbər verir ki, nazirlik bununla bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.
Azərbaycanla nümayiş etdirilən həmrəyliyi, eləcə də ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına göstərilən açıq dəstəyi yüksək qiymətləndiririk.
Bu çətin zamanda Azərbaycanla həmrəylik göstərən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək dəyərləndiririk”, – paylaşımda qeyd olunub.







