media-895c7283-39ce-42df-b604-440c11cf1f51

Şimali İrlandiyada sayı artmaqda olan meşə yanğınlarının qəsdən törədildiyi söylənilib.

Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, Şimali İrlandiya Yanğın və Xilasetmə Xidməti bildirib ki, İrlandiyada son günlərdə qeydə alınan 214 meşə yanğınının əksəriyyəti qəsdən törədilib.

Qurum həmçinin qeyd edib ki, Morn dağları, Belfast, Nyuri və Balliqauli də daxil olmaqla müxtəlif ərazilərdə meşə və quru otluqlarda genişmiqyaslı yanğınlar baş verib.

Yanğınsöndürənlər alovun qarşısını almaq üçün fasiləsiz mübarizə aparırlar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər