media-b22cd722-f524-481c-b469-1d74b1cb143e

Son dövrlərdə bir çox iş yerlərində, xüsusən də bank, xidmət sektoru və dövlət müəssisələrində saqqalın qadağan olunması məsələsi müzakirəyə çıxıb. Sosial şəbəkələrdə işçilərin saqqallı olması ilə bağlı məhdudiyyətlərin tətbiqi geniş müzakirələrə səbəb olub. Bir tərəfdən işçilər şəxsi görünüş azadlığının məhdudlaşdırılması kimi bunu müzakirə edirlər, digər tərəfdən isə işəgötürənlər peşə imicini qoruma və müştəri etimadını saxlamaq məqsədilə belə tələblərin vacib olduğunu bildirirlər.

Bəs, Azərbaycanda iş yerlərində saqqalın qadağan edilməsi hansı hüquqi əsaslara söykənir və bu, qanunla tənzimlənirmi, yoxsa tamamilə işəgötürənin daxili qaydalarına bağlıdır?

Bununla bağlı 5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasov Patrul.az-ın sualını cavablandırıb.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində işçilərin saqqal saxlamasını qadağan edən konkret norma yoxdur və müəssisədaxili qaydalar hüquq və azadlıqlara zidd olmamalıdır:

“Azərbaycan qanunvericiliyində işçilərin saqqal saxlamasını birbaşa qadağan edən ayrıca norma mövcud deyil. Əmək Məcəlləsinə görə, işəgötürən müəssisədaxili intizam qaydalarını və geyim standartlarını müəyyən edə bilər, lakin bu tələblər qanuna, Konstitusiyada təsbit olunan hüquq və azadlıqlara zidd olmamalıdır. Xüsusilə vicdan və dini etiqad azadlığı, eləcə də ayrı-seçkiliyin yolverilməzliyi prinsipləri nəzərə alınmalıdır”.media-inshot_20260211_133657675

Vəkil vurğulayır ki, saqqalın qadağan edilməsi yalnız işin təhlükəsizlik və gigiyena tələbləri ilə əsaslandırıldıqda qanunidir, əks halda işçinin hüquqlarının pozulması hesab olunur:

“Saqqalın qadağan edilməsi yalnız əmək funksiyasının xüsusiyyətləri ilə əsaslandırıldıqda – məsələn, istehsalat təhlükəsizliyi, gigiyena normaları və ya mühafizə vasitələrinin düzgün istifadəsi baxımından zəruri olduqda – hüquqi sayılır. Əks halda, ümumi və səbəbsiz qadağalar işçinin hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Ümumiyyətlə işəgötürənin daxili qaydaları proporsional və məqsədəuyğun olmalıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər