İsrail Dəməşqə havadan zərbə endirib
İsrail növbəti dəfə Suriya ərazisini hədəfə alıb. Suriya mediası İsrail ordusunun paytaxt Dəməşqin Barzeh rayonuna hava zərbəsi endirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumda elmi araşdırma binasının yerləşdiyi ərazinin hədəf alındığı bildirilib, can və mal itkisi ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, İsrail ordusu daha əvvəl də paytaxt Dəməşqin Barzeh rayonunda elmi tədqiqat binasının yerləşdiyi ərazini hədəfə almışdı.