media-27681e95-b207-436a-ab4b-0bab27982935

İran Prezidenti Məsud Pezeşkian ötən ay İsrailin ölkəsinə qarşı etdiyi hücumlar zamanı xəsarət aldığı məlum olub.

Patrulaz.az “BBC”yə istinadla xəbər verir ki, iyunun 16-da keçirilən İranın Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclası zamanı İsrailin əraziyə endirdiyi raket hücumu nəticəsində altı partlayış baş verib. Partlayış zamanı Pezeşkian və digər rəsmi şəxslərlə təcili şəkildə yaxınlıqdakı şaxtaya sığınarkən ayağından xəsarət alıb.

Xatırladaq ki, müharibə ərəfəsində Məsud Pezeşkian İsraili onu öldürməyə cəhd etməkdə ittiham etmişdi. Lakin İsrailin müdafiə naziri İsrael Katz bu ittihamları rədd etmişdi.

Məlumata görə, müharibə zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei də hücum hədəfi olub.

Qeyd edək ki, iyunun 13-də İsrail Tehranın nüvə istehsalı ilə məşğul olduğunu əsas gətirərək, İranın nüvə və hərbi obyektlərinə zərbələr endirməklə müharibəyə başlamışdı. Tərəflər arasında 12 gün davam edən silahlı qarşıdurma zamanı İran bir sıra nüvə alimi və yüksək vəzifəli şəxslərini itirib. Münaqişə iyunun 24-də ABŞ-nin vasitəçiliyi ilə əldə olunan atəşkəslə başa çatdı.

Gülbəniz Səfərova


Bənzər xəbərlər