media-img_7894

İsrail ordusu tərəfindən Beyt Hanun, Huza, Absan Kebira və Absan Cədidə bölgələrinə vərəqələr paylanılıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, vərəqələrdə fələstinliləri dərhal ərazini boşaltmaları ilə hədələyib və “HƏMAS-ın hədəf alınacağı” iddiası ilə şiddətli hücuma keçiləcəyi bildirilib.

İsrail ordusu həmçinin fələstinlilərin zorla köç etmək istədiyi ərazilərin qırmızı rənglə qeyd olunduğu xəritə də dərc edib.

İsrail ordusunun sözçüsü Aviçay Adraee daha əvvəl sosial media hesabında Qəzzanın bloklara bölündüyü xəritəni paylaşmışdı.

İsrail ordusu cənubdakıları Xan Yunusa, şimaldakıları isə Qəzza şəhərinin qərbindəki təhlükəsiz zonalar olduğunu iddia etdiyi bölgələrə köçmələri üçün xəbərdar edib və fələstinliləri bu ərazilərdə qalmağın həyatlarını təhlükə altına atacağı ilə hədələyib.


Bənzər xəbərlər