İsrail Qəzzada əməliyyatları genişləndirdi
İsrail Qəzzadakı əməliyyatlarını genişləndirir.
Patrulaz.az “BBC” istinadən xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İsrail hərbi qüvvələri Qəzzada əməliyyatlarını genişləndirəcək və ərazinin böyük hissələrini ələ keçirəcək. Onun sözlərinə görə, bu ərazilər “təhlükəsizlik zonaları” kimi təsnif ediləcək.
Katz qeyd edib ki, genişləndirilmiş əməliyyatın məqsədi “bölgəni terrorçulardan və terror infrastrukturundan təmizləmək”dir. Bununla yanaşı, bu addımın fələstinlilərin genişmiqyaslı təxliyəsini tələb edəcəyi bildirilir.
Son əməliyyatlar nəticəsində bölgədə ən azı 15 fələstinli həlak olub.
“Biz Qəzzada təhlükəsizlik zonalarını genişləndirməyə davam edəcəyik və bufer zonalarının yaradılması ilə İsrailin təhlükəsizliyini təmin edəcəyik” – deyə İsrailin müdafiə naziri Katz bəyan edib.
Xatırladaq ki, İsrail martın 18-də Qəzzaya yeni hücum əməliyyatına başlayıb.
Qeyd edək ki, Qəzzadakı humanitar vəziyyət son həftələrdə ciddi şəkildə pisləşib. İsrail martın 2-dən etibarən Qəzzaya humanitar yardımları buraxmaqdan imtina edib.
Gülbəniz Səfərova