İsrail Qəzzanı Xirosimaya çevirir?
İsrail Qəzzanın sərhədində “öldürmə zonası” yaradır.
Patrulaz.az “Reuters”ə istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağının ətrafında “öldürmə zonası”nın yaradılması məqsədilə əkin sahələrini və yaşayış məntəqələrini dağıdıb. “Səssizliyi pozan” hüquq müdafiə təşkilatının yaydığı hesabatda, bufer zonasının 800 – 1500 metrədək genişləndirildiyi və burada xidmət edən əsgərlərin ifadələrinə əsaslanaraq ağır texnikalardan istifadə edildiyi qeyd olunub.
Zirehli Korpusun kapitanı ərazini belə təsvir edib: “Sərhəd öldürmə zonası, aşağı ərazi düzənlikdir”.
Əsgərlərin ifadələrinə əsasən, minlərlə mina və partlayıcı ilə birlikdə təxminən 3500 bina dağıdılıb, kənd təsərrüfatı və sənaye obyektləri sıradan çıxarılıb.
Ehtiyatda olan hərbçi: “Əsasən, hər şey biçilir, hər şey. Hər bir bina və hər bir tikili”, deyə qeyd edib.
Başqa bir əsgər isə ərazini Xirosimaya bənzədiyin bildirib.
Xatırladaq ki, İsrail hökuməti bu bufer zonanı HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumun təkrarlanmaması üçün zəruri hesab edir. Həmin hücum nəticəsində 1200 nəfər həlak olmuş, 251 nəfər isə girov götürülmüşdü ki, bu da İsrail tarixinin ən ağır təhlükəsizlik hadisələrindən biri kimi dəyərləndirilir.
Gülbəniz Səfərova