İsrail səfirliyinin nümayəndəsi Bakıdakı Zəfər tağı ilə bağlı paylaşım etdi - FOTO
İsrailin Azərbaycandakı səfirinin müavini Aviv Zell sosial şəbəkədə Azərbaycanla bağlı paylaşım edib.
Patrulaz.az xəbər verir ki, diplomat “X” platformasında Bakıdakı Zəfər parkında yerləşən Zəfər tağının fotosunu paylaşaraq İsrail və Azərbaycan arasındakı oxşar məqamlara toxunub.
Aviv Zell paylaşımında qeyd edib:
“Ölkəm İsrail HƏMAS-la atəşkəs razılaşması əldə etdiyi və girovlarımızın qaytarıldığı gün Bakıdakı Qələbə parkını ziyarət etdim. Park bizə xatırladır ki, qələbələr və sülh heç vaxt azad deyil – həm İsrail, həm də Azərbaycan bilirlər ki, bu qələbələr öz əsgərlərinin fədakarlığı və cəsarəti ilə qazanılır”.
Qeyd edək ki, paytaxtın 8 Noyabr prospektində ucalan Zəfər tağı Zəfər parkının girişində 44 günlük Vətən müharibəsinin rəmzi olaraq inşa edilib.








