media-inshot_20250716_192954017

İsrail ordusu Dəməşqdə Prezident Sarayına zərbə endirib.

Patrulaz.az “TASS” agentliyinə istinadla xəbər verir ki, İsrail ordusunun son hücumlarında Suriyanın paytaxtı Dəməşqin mərkəzində yerləşən strateji obyektləri, o cümlədən Prezident Sarayı və Suriya Ordusunun Baş Qərargah binasını hədəf alıb.

Hücumun səbəbi isə Suriyanın İsrailin dəstəklədiyi druz icmasına qarşı hərbi müdaxiləsi olub. Məlumata görə, Dəməşq rəhbərliyi ölkənin cənubunda yerləşən və druzların yaşadığı Suveyda bölgəsinə qoşun yeridib.

İsrailin Müdafiə naziri İsrael Katz məsələ ilə bağlı sərt açıqlama verib:

“Əgər mesaj başa düşülməsə, İsrail Müdafiə Qüvvələri Suriya rejiminə qarşı əməliyyatlarını intensivləşdirəcək”, – deyə o xəbərdarlıq edib.

Məlumata əsasən, İsrailin pilotsuz uçuş aparatları Suveyda bölgəsinə zərbələri nəticədə bir neçə suriyalı hərbçi yaralanıb.

Qeyd edək ki, druzlar Suriya, Livan, İsrail və İordaniyada yaşayan ərəbdilli dini-etnik azlıqdır. Onlar Suriyada kürdlər və ələvilərdən sonra üçüncü ən böyük azlıq hesab olunur. Hazırda ölkədə təxminən 700 min druz yaşayır. Bu azlıqlarla Suriya hökuməti arasında gərginliklər pik həddə çatıb.

Xatırladaq ki, 2024-cü ildə Dəməşqdə baş verən hakimiyyət dəyişikliyindən sonra İsrail bu icmaya dəstəyini açıq şəkildə ifadə etmişdi. İyulun 15-də isə Baş nazir Benyamin Netanyahu və Müdafiə naziri Katz birgə bəyanatla Suveyda bölgəsinə yerləşdirilən Suriya qüvvələrinə qarşı hərbi əməliyyatların başlanacağını açıqlayıblar.

Zərbə zamanı canlı yayımda olan aparıcı dərhal ekrandan uzaqlaşıb:

Gülbəniz Səfərova


Bənzər xəbərlər