media-img_8832

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüşdə Türkiyə öz izini buraxıb.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu, Türkiyə ilə münaqişədən qaçmaq istədiyini bildirib. O, həmçinin Trampın Türkiyə ilə çıxılmaz vəziyyətə düşməsi ilə bağlı vasitəçilik etməsini istədiyini də ifadə edib. ABŞ prezidenti Donald Trampın Respublikaçılar partiyasının mətbuatda qalası sayılan “National Interest” (NI) nəşri Konqres lobbilərindən topladığı məlumatlar işığında iki mühüm təhlil yazısı dərc edib. Məqalələrdə Türkiyənin Suriyada hava qüvvələri, hava hücumundan müdafiə sistemləri, İHA və qabaqcıl radar sistemlərinə malik olduğu qeyd edilib. Sistemlər səbəbindən İsrailin İrana hava dəhlizinin bağlandığı və Netanyahunun Tehrana zərbə endirmə planlarının çətinləşdiyi də xatırladılıb. Təhlillərdə İsrailin Türkiyəyə mümkün hücumunun NATO-ya hücum demək olduğu da vurğulanıb və aşağıdakı diqqəti çəkən məqamlara toxunulub:

“İsrail son vaxtlar Suriyada hava hücumlarını gücləndirərək Türkiyəni regionda potensial təsir və nəzarət münaqişəsinə cəlb edib. Bəşər Əsədin devrilməsindən aylar keçməsinə baxmayaraq, İsrail Suriyadakı əməliyyatlarına son qoymur. Konqresdən əldə edilən məlumata görə, İsrail Suriyanın hava bazalarını və qalan hərbi hava gücü imkanlarını məhv etmək istəyir. İsrailin ötən həftə bir gecədə 25 hava hücumu təşkil etdiyi və iki hava bazasının tamamilə məhv edildiyi bildirilir. İsrail də Türkiyənin istifadə etdiyi hava bazalarına hücum edir. İki mühüm hava bazası, Tiyas (T4) və Həma iki ölkə arasında gərginlik nöqtəsinə çevrilib”.


Bənzər xəbərlər