media-inshot_20260129_202059428

Türkiyənin İstanbul Şəhər Jandarma Komandanlığına məxsus və məhbusların daşınması üçün nəzərdə tutulmuş avtobus aşıb.

Patrul.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, avtobusda sürücü ilə yanaşı, 12 məhbus və 4 jandarma əməkdaşı olub.

Qəza nəticəsində ikisi ağır olmaqla, 10 nəfər xəsarət alıb. Ağır yaralılardan birinin jandarma əməkdaşı, digərinin isə məhbus olduğu bildirilib. Digər 8 yaralıdan 4-ü jandarma əməkdaşı, 4-ü isə məhbusdur.

Hadisənin səbəbi araşdırılır.


Bənzər xəbərlər