media-1780734762_6a23c262b68006a23c262b680117807284185bb50932789ebfe68304b2f40d7e00dc

İyunun 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 pulemyot, 1 tapança, 7 tüfəng, 7 patron darağı və 213 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Patrul.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.


Bənzər xəbərlər