İsti havada duş qəbulu zamanı etdiyimiz SƏHVLƏR!
İsti havalarda duş almaq insanı həm fiziki, həm də zehni cəhətdən rahatladır, amma çoxları bu işi “sadəcə suyun altına girim, canım dincəlsin” deyə düşünür və fərqində olmadan bədənə zərər verən yanlışlar edir.
Patrulaz.az isti yay günlərində duş qəbul edərkən ən çox edilən səhvləri və nəyə diqqət yetirmək lazım olduğu haqqında yazır:
Yayda duş qəbul edərkən etdiyimiz əsas yanlışlar:
1. Çox soyuq su ilə duş almaq
İsti havada bədən “istilənir”, və instinktiv olaraq soyuq suya qaçırıq. Amma buz kimi su bədəni şoka salır, qan damarlarını ani daraldır və nəticədə ürək-damar sisteminə əlavə yük düşür. Həm də bədən temperaturu birdən-birə düşəndə orqanizm kompensasiya olaraq daha çox istilik yaratmağa başlayır, yəni duşdan sonra daha çox tərləyirsən! İlıq və yüngül sərin su ilə duş almaq lazımdır. Bədəni soyudur, amma onu stressə salmır.
2. Tez-tez və uzunmüddətli duş almaq
“Çox duş – çox təmizlik” fikri yayda daha da güclənir. Halbuki tez-tez və uzun-uzadı duş almaq dərinin təbii qoruyucu yağ qatını zədələyir. Nəticədə dəridə quruluq, qaşınma və hətta qızartılar yarana bilər. Gündə 1-2 dəfə, 5–10 dəqiqəlik duş bəs edir. Çox tərləmisinizsə, sadəcə su ilə yuyunmaq kifayətdir – hər dəfə sabun və şampun istifadə etmək lazım deyil.
3. Çölə çıxmazdan əvvəl dərhal duş almaq
Çöldə 35+ dərəcə istidə duç qəbul etdikdən sonra bədən istilik tarazlığını qoruya bilmir, və günvurma riski artır. Duşdan sonra 15-20 dəqiqə bədəni “temperaturlandırmaq”, yəni otaq temperaturuna uyğunlaşdırmaq lazımdır. Anidən açıq havaya çıxmaq olmaz.
4. Saçları hər dəfə yumaq
Hər duşda saç yumaq saç diblərini qurudur, təbii yağ balansını pozur və yayda onsuz da zəifləmiş saç köklərini daha da zədələyir. Üstəlik, saçları tam qurutmadan çölə çıxmaq da soyuma və miqrenə səbəb ola bilər. Saçları 2–3 gündə bir, yumşaq şampunla yumaq kifayətdir. Yuyandan sonra isə nəmləndirici sprey və ya yağlar istifadə etmək yaxşıdır.
Diqqət etməli olduğumuz əsas məqamlar:
– Duşdan sonra dərini nəmləndirmək – yayda da bu vacibdir!
– Antibakterial sabunları həddindən artıq istifadə etmək – dəri florasını pozar.
– Dəridə qızartı və ya allergiya varsa, yüngül ot tərkibli gellər seçmək lazımdır.
– Duşdan sonra dərhal ağır idman və ya isti yeməklər qəbul etməməlisiniz.
Yayda düzgün duş almaq təkcə təmizlik yox, həm də sağlamlıq, enerji və dinc ruh halı deməkdir.
Ləman Sərraf






