İT mütəxəsindən vətəndaşlara xəbərdarlıq: “Xarici nömrələrdən verilən vədlərə inanmayın!”
Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən məlumata əsasən, ötən gün bir neçə vətəndaşın bank kartlarından müxtəlif məbləğlərdə pul oğurlanıb. Talanan vəsaitlərin ümumi məbləği 87 min manatdan çox olub. Göründüyü kimi, son vaxtlarda vətəndaşların bank kartlarından müxtəlif kiber üsullarla vəsaitlərinin oğurlanması halları daha da çox artıb. Maraqlıdır ki, bu cür kiberhücumlara məruz qalan şəxslər ilk olaraq hansı addımları atmalıdır?
Dələduzluğun ilkin əlamətləri və onlardan qorunma üsülları ilə bağlı Patrulaz.az-a açıqlamasında İT mütəxəsisi Elvin Abbasov müəyyən məsələlərə toxunub:
“Azərbaycanda daha çox fishing hücumları vasitəsilə eyniləşdirilmiş səhifələrə yönləndirməklə vətəndaşlar müxtəlif ssenari yollar və vektorlar üzərindən manipulyasiya olunurlar. Azərbaycanda qumar fəaliyyəti birmənalı olaraq qadağandır. Amma təssüflər olsun ki, vətəndaşlar xarici qumar saytları üzərindən bu oyunların fəaliyyətində iştirak edirlər. Həmçinin də, populyar olmayan oyun saytları üzərindən öz məlumatlarını, şəxsi və bank kartı məlumatlarını qeyd edərək dələduzlara imkan yaratmış olurlar. Bu istiqamətdə, böyük korporasiyaslar adı altında, həmçinin dövlət qurumlarının adlarından istifadə edərək, vətəndaşlara müxtəlif ssenarilər üzərindən zəng olunur. Nəticədə, onların məlumatları və bank kartları əldə edilir. Onlar növbəti addımda vətəndaşların OSS kodlarını müxtəlif yalan manipulyasiyalar vasitəsilə alınır”.
Dələduzluq halları ilə bağlı Patrulaz.az-a açıqlamasında İT mütəxəsisi Elvin Abbasovun vətəndaşlara bəzi xəbərdarlıqlar edib:
“Vətəndaşlar bilməlidirlər ki, xarici nömrələr üzərindən heç bir Azərbaycan dövlət qurumu, həmçinin də banklar, böyük kooperasiyalar xarici nömrələr üzərindən zəng etmirlər. İnsanlar xarici nömrələrdə nəsə bir vəd və ya link göndərildikdə, onlar bunun bir dələduzluq əlamətinin olduğunu bilib ehtiyyatlı olmağa çalışmalıdırlar. Çünki dələduzlar yerli deyil, xarici nömrələrdən istifadə edirlər. Onlar anlıq mesajlaşmalarla daha çox sosial şəbəkələr üzərindən fəaliyyətə aparırlar. Vətəndaşlar bilməlidirlər ki, dövlət qurumları birbaşa sosial şəbəkələr üzərindən onlara müraciət etmir. Düzdür, dövlət qurumları sosial şəbəkələrdə elanlar yerləşdirirlər, amma anlıq mesajlaşma ilə vətəndaşla dialoqa girmirlər. Bu istiqamətlərdə vətəndaşlar ayıq olmalıdırlar. Əgər xarici nömrələr, mesajlaşmalar və sosial şəbəkələr üzərindən vətəndaşlara dövlət qurumları, böyük koorperasiyalar adından vədlər gələrsə, bunlara inanmasınlar”.
Bütün bunları nəzərə alaraq, vətəndaşlar mütəxəsisin qeyd etdiyi dələduzluq əməllərinə rastlaşdıqda, mütləq ki, ehtiyyatlı yanaşmalı və heç bir halda aldanmamalıdırlar.
Gülbəniz Səfərova