media-30d16e6b-6cb6-4f54-90a2-3a0ee68585b2

Qüdsdə İsanın dəfn yerinə dair yeni arxeoloji izlər tapıldı.

Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, İtaliyalı arxeoloqlar İsa Məsihin dəfn olunduğu yer hesab edilən Qüdsdəki “Müqəddəs Qəbiristanlıq Kilsə”nin altında mühüm arxeoloji kəşf ediblər.

Roma Sapienza Universitetinin arxeoloqları kilsənin döşəməsi altında qədim zeytun ağacları və üzüm bağlarının izlərini aşkara çıxarıb. Məlimata görə, bu tapıntılar ərazinin Yəhya İncilində təsvir olunduğu kimi, bir vaxtlar “bağ” olduğunu təsdiqləyir.

Tədqiqatlara rəhbərlik edən professor Francesca Romana Stasolla bu ifadələri işlədib: “Dəmir dövrünə aid karxana və qayada yonulmuş qəbirlər burada qədim dəfn yerinin mövcudluğunu göstərir”.

Qeyd edək ki, “Müqəddəs Qəbiristanlıq Kilsə”sinin yerləşdiyi ərazi xristian ənənəsində həm İsanın çarmıxa çəkildiyi, həm də dəfn olunduğu yer kimi qəbul olunur. Kilsənin müxtəlif dini icmalar arasında uzun illər davam edən razılaşmasından sonra qazıntılara icazə verilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər